Məhkəmə sistemində ciddi YENİLİK - Onlayn müraciət


13:59     06 İyun 2018 2018/06/mehkeme_1528265411.jpg

"Azərbaycanda artıq məhkəmələrə elektron müraciət etmək mümkün olacaq".

Bu barədə Femida.az-a açıqlamasında Ədliyyə Nazirliyi,"Elektron Məhkəmə" İnformasiya Sistemi Qrupunun rəhbəri Ramin Qurbanov bildirib.

Onun sözlərinə görə, qeyd olunan xidmətin aktiv edilməsində məqsəd şəffaflığı daha da artırmaq və əhalinin rahatlığını təmin etməkdir.

"Dövlət rüsumlarının elektron qaydada aparılması, məhkəmə işlərinin hakimlər arasında qərərsiz qaydada avtomatik bölüşdürülməsi, məhkəmə qərarlarının elektron qaydada (kağızsız) icraya göndərilməsi mümkündür", - deyə Ramin Qurbanov bildirib.

O qeyd edib ki, bu sistem hələlik mülki işlərdə mümkündür. Növbəti mərhələdə cinayət işləri üzrə məhkəmə qərarlarının icraya yönləndirilməsi elektron qaydada mümkün olacaq.



Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Məhkəmə   #Yenilik   #Online   #Müraciət   #vəkil   #kollegiya   #iclas   #hüquq   #femida  

Oxunub: 5017