Məktəb yoldaşını bıçaqlayıb qaçan şagird tutuldu - Direktor danışdı


16:38     14 İyun 2018 hebs4.jpg


“Son zəng” günü məktəb yoldaşını bıçaqlayan şagird polis tərəfindən saxlanılıb.

Bu barədə Qobustan rayon polis şöbəsindən məlumat verilib:

“Bu dəqiqələrdə hadisə yerindən qaçan R.Abdullayev axtarış-əməliyyat tədbiri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. O hazırda müstəntiq tərəfindən dindirilir”.

Qeyd edək ki, Qobustanda A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məktəbin direktoru şagirdlər arasında bıçaqlanma hadisəsinə münasibət bildirib.

Yenicag.az-a açıqlama verən direktor İmran Abdullayev həmin şagirdlərin bu gün səhər sözügedən məktəbdə olduqlarını bildirib:

“Səhər hər iki uşaq məktəbdə olub. Rauf 11-ci sinfi bitirib, məzun olub. Vüsal da 10-cu sinifdə oxuyur. Hər iki şagird səhər məktəbdə deyib-gülürdülər, şənlənirdilər. Sonra nə baş verib bilmirəm. Hadisə harada, necə baş verib, vallah-billah xəbərim yoxdur”.

Femida.az

Açar sözlər: #bıçaq   #kriminal   #məktəb   #şagird   #Qobustan  

Oxunub: 2043