Şəmkirdə 34 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib


09:35     16 İyul 2022 22_07_16_1657949738.jpg

Şəmkirdə 34 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ələsgərli kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü B.Xəlilov bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 386