Hindistanda sürüşmə 4 nəfəri öldürdü - Torpaq altında qalanlar var


22:41     14 İyun 2018 2018/06/659906_1528983805.jpg

Hindistanda torpaq sürüşməsi baş verib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir.

Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.

Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir. İtkin düşmüş şəxslərin axtarışı aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1728