Paytaxtda təmir olunacaq məktəblərin SİYAHISI açıqlandı
23:28 14 İyun 2018
2018-2019-cu tədris ili üçün Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmir və bərpası nəzərdə tutulur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.
Hazırda 10 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazilərdə 4 yeni məktəbin inşasına start verilib. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.
Femida.az
Oxunub: 2522
Oxşar xəbərlər
- Paytaxtda yol qəzası olub, xəsarət alanlar var
- Paytaxtda 22 yaşlı gənci avtomobil vurub
- Paytaxtda hava dumanlı olacaq, rayonlarda yağış yağacaq
- Paytaxtda kütləvi dava olub, xəsarət alan var
- Paytaxtda avtomobil 21 yaşlı gəncə xəsarət yetirib
- Paytaxtda 66 yaşlı qadını yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Paytaxtda daha bir məktəb distant təhsilə keçdi
- Paytaxtda niyə tıxac olur? - Açıqlama
- Paytaxtda "Rəmiş" və daha 13 narkotacir tutuldu - VİDEO
- Paytaxtda tibb mərkəzində yanğın olub