Ağcəbədidə maşın oğurlanıb


17:44     15 İyun 2018 masin_ogrusu_018.jpg

Ağcəbədi rayonunda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sədi İbrahimova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini Rəşad Səlimli tutulub. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Ağcabədi   #Abşeron  

Oxunub: 1779