Masallı və Göygöldə taxıl sahəsi yanıb


22:30     16 İyun 2018 18_06_16_1529159456.jpg


Masallı rayonunun Digah kəndində 0,5 ha biçilmiş və 0,7 ha biçilməmiş taxıl sahələri yanıb.


Femida.az FHN-nin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Göygöl rayonunun Üçtəpə kəndində 0,5 ha biçilməmiş taxıl sahəsi və 1 ton ot bağlaması yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 2684