Quba polisindən nümunəvi addım - FOTOLAR

Quba polisindən nümunəvi addım - FOTOLAR

23:42     16 İyun 2018 2018/06/15291-1529162802_1529163439.jpg

Qubada polis əməkdaşları çayı keçərkən köməksiz vəziyyətdə qalan kənd sakinlərinə yardım ediblər.


Rayonun Qonaqkənd kəndinin sakini İlqar Rüstəmov “Niva” markalı avtomobillə Vəlvələ çayını keçərkən selin cəngində aciz qalıb. Kömək üçün müraciət etdiyi ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin (RPŞ) Qonaqkənd polis bölməsinin əməkdaşları yerli sakinə yardım ediblər. Polis əməkdaşları İlqar Rüstəmovun avtomobilini xidməti avtomobillərinə qoşaraq çaydan çıxarıblar.



DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları kəndin eyni aqibətlə üzləşən Nurbala adlı yaşlı sakininə də yardım ediblər. Çaydan keçərkən avtomobili xarab olaraq suda qalan yaşlı sakin polislərin köməyi ilə ərazidən çıxarılıb.

Dağlıq ərazidə yerləşən və 47 kəndi əhatə edən Quba RPŞ-nin Qonaqkənd polis bölməsinin əməkdaşları təbiət hadisələri zamanı yollarda çətinə düşənlərin təxliyəsi, evlərinə çatmaları üçün köməklərini əsirgəmirlər. (AzərTAc)



Açar sözlər: Quba   Polis  

Oxunub: 4584