Göygölə dolu düşdü - Təsərrüfata ziyan dəydi


23:07     17 İyun 2018 18_06_17_1529247630.jpg

Bu gün Göygölə dolu yağıb.

Saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb.

Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.

Rayon İcra Hakimiyyəti Aparatından APA-ya verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır./Apa

Femida.az

Açar sözlər:

Oxunub: 1802