Göygölə dolu düşdü - Təsərrüfata ziyan dəydi
23:07 17 İyun 2018
Bu gün Göygölə dolu yağıb.
Saat 18.00 radələrində Qərb bölgəsinin bəzi rayonlarına yağış yağıb.
Göygöl rayonunda isə əvvəlcə 5 dəqiqə dolu yağıb, daha sonra leysan xarakterli yağışa çevrilib. Dolu və yağış gülü küləklə müşayiət olunub. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.
Rayon İcra Hakimiyyəti Aparatından APA-ya verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.
Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır./Apa
Femida.az
Oxunub: 1803
Oxşar xəbərlər
- Gəncə sakini Göygölə birlikdə gəzməyə getdiyi şəxsin əl-qolunu bağlayaraq pulunu ələ keçirib
- Göygölə getmək istəyənlərin nəzərinə - Giriş pulsuz olacaq
- Nazir Göygölə gedir
- Prezident Göygölə pul ayırdı
- Oqtay Şirəliyev Göygölə gedir
- Göygölə giriş bağlandı
- Göygölə artıq hamı gedə bilər
- Məşəl Göygölə gətirildi