Cəlilabadda orta əsrlərə aid aid əşyalar tapıldı
17:50 19 İyun 2018
Cəlilabadda qədim dövrə aid əmək alətləri tapılıb.
Femida.az xəbər verir ki, rayonun Şatırlı kəndində kənd sakinləri tərəfindən tapılan maddi-mədəniyyət nümünlərindən birinin əkinçilik aləti olduğu ehtimal olunur. Həmin alətdən, iti uclardan ibarət cilalanmış daşa ağac bərkitməklə torpağın qazılması üçün istifadə olunub. Tarixçilər ərazidən tapılmış əmək alətinin nadir mədəniyyət nümünələrindən biri hesab olunduğunu bildirir.
Digər əmək aləti isə qədim insanların daşdan hazırladıqları bıçağın qalıqlarıdır. Yalnız dəstək hissəsi qalan kəsici alətdən bir vaxtlar geniş istifadə olunub.
Şatırlı kəndində qədim dövrlə yanaşı, orta əsrlərə aid olan, üzərində xüsüsi naxışlar və qayçı işarəsi həkk olunmuş daş da tapılıb. Tarixçilərin sözlərinə görə, bu tapıntının aşkar olunması orta əsrlərdə sözügedən ərazidə toxuculuğun ən yüksək mərhələdə inkişaf etdiyini deməyə əsas verir.
Femida.az
Oxunub: 1334
Oxşar xəbərlər
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb
- Cəlilabadda qadının qətli ilə bağlı cinayət işi başlanılıb
- Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır