Ağcabədi sakini içib sərxoş oldu, 2 həmkəndlisini bıçaqladı
15:23 21 İyun 2018
Ağcabədi rayonunda bıçaqlanma hadisəsi olub.
Femida.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Zeynalov Asəf Adil oğlu yaşadığı evdə spirtli içki qəbul edərək qəsəbədə fəaliyyət göstərən kafenin qarşısına gəlib.
A.Zeynalov orada həmkəndlisi Əliyev Fuad Əsgər oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində A.Zeynalov cibində soyuq silah kimi gəzdirdiyi qatlanan bıçaqla F.Əliyevin qarın nayihəsinə daxilə nüfuz edən xəsarət yetirib. Hadisə nəticəsində A.Zeynalov onları aralamaq istəyən kənd sakini Allahverdiyev Elmir Sahib oğlunu da bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb və hadisədə şübhəli bilinən A.Zeynalov tutulub.
Femida.az
Oxunub: 1011
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Ağcabədidə qardaş bacısını qətlə yetirib
- Ağcabədi polisi əməliyyat keçirib, saxlanılanlar var
- Ağcabədidə avtomobil yeniyetmə qızı vurub
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Ağcabədidə avtomobillər toqquşub, ölən var
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb