Azərbaycana gələn turistlərin sayı açıqlandı


16:35     30 Sentyabr 2015 1430684951.jpg

Yay mövsümündə Azərbaycan regionlarında istirahət edən turistlərin sayı məlum olub.


Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlillər nəticəsində cari ilin 01 iyun - 31 avqust tarixlərində Azərbaycanın şimal, şimal-qərb, qərb və cənub bölgələrində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərində istirahət edən turistlərin sayı ümumilikdə 608 233 nəfər olub. Bunlardan 560 688 nəfər yerli, 47 545 nəfər xarici turistlərin payına düşür. Bu da ötən ilin hesabat dövrü ilə müqayisədə 8,2% və ya 45 984 nəfər artım deməkdir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Quba - Xaçmaz regionu ən çox yerli turistlərin (335 022 nəfər), Şamaxı - İsmayıllı regionu isə ən çox xarici turistlərin (134 730 nəfər) istirahət etdiyi bölgələrdir.

Açar sözlər:

Oxunub: 832