Ağsuda 1 tondan çox çətənə kolu məhv edilib


22:42     25 İyun 2018 18_06_25_1529931127.jpg

Ağsu rayonunda külli miqdarda narkotik xassəli çətənə kolu aşkarlanaraq məhv edilib.


Femida.az-ın xəbərinə görə, Ağsu rayon Polis Şöbəsi əməkdaşları iyunun 25-də “Xaş-xaş-2018” tədbirlər planına uyğun olaraq, əməliyyat keçiriblər. Rayonun Göydəlləkli kəndində meşə massivindən yabanı halda bitən külli miqdarda narkotik xassəli çətənə kolları aşkarlanıb.

Hündürlüyü 1.5 metr, çəkisi 1 ton 50 kiloqram olan 2134 ədəd çətənə kolu kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 663