Gözətçini döyüb, bağ evini yandırdılar - 33 il iş kəsildi


16:38     29 İyun 2018 agir%20cinayet.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Zirədə gözətçini döyüb, bağ evini yandırmaqda təqsirləndirilən Şahlar Novruzov və Rövşən Məmmədovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Şahlar Novruzov 17 il və Rövşən Məmmədov isə 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Xəzər rayonunun Zirə qəsəbəsindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib. Mənzildən təmir-tikinti alətləri və bir ədəd “DVD player” götürərək hadisə yerindən qaçıblar. İ. Vasin xəstəxanaya yerləşdirilib.



Hadisəni törətməkdə şübhəli bilinən Astara sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. Məlum olub ki, onlar İ. Vasini döyən zaman evdəki elektrik sobası aşıb və mənzildə yanğın baş verib.

Qeyd edək ki, İ. Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib, İ.Vasini evə buraxmayıb. İ.Vasin isə xəstəxananın pəncərəsindən özünü atıb və aldığı xəsarətdən ölüb.

Femida.az

Açar sözlər: Hökm   Hakim   Məhkəmə  

Oxunub: 588