Ərdoğan Fəxri və Şəhidlər Xiyabanında olub


17:43     10 İyul 2018 2018/07/6a21773a-19c5-4e89-bff5-380b5ec91531_1531215922.jpg

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.


Femida.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Ərdoğan səfəri çərçivəsində Şəhidlər Xiyabanını və Türk Şəhidliyini də ziyarət edib.

Qeyd edək ki, daha sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Zaqulba iqamətgahında rəsmi qarşılanacaq. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüş keçirəcəklər. Sonda hər iki dövlət başçısının birgə mətbuat konfransı olacaq.

Xatırladaq ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.

Femida.az

Açar sözlər: #Ərdoğan   #Fəxri-Xiyaban   #Türkiyə   #Şəhidlər-Xiyaban  

Oxunub: 756