Avtobus qəzasına görə cinayət işi başladı

Avtobus qəzasına görə cinayət işi başladı

16:08     12 İyul 2018 2018/07/36983-1531373140_1531383029.jpg

Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.



Bu barədə Femida.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, məlum qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Həkimə müraciət edənlərdən 13 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb, 6 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

R. Quliyev həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 955