"Qarabağ"ın oyunu canlı yayımlanacaq


18:46     16 İyul 2018 qarabaggg.jpg

"Qarabağ"ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq.


Femida.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında Tofiq Bəhramov adına Respublika stadionunda Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək.

İyulun 18-i saat 21:00-da start götürəcək qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, Lyublyanadakı ilk oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatmışdı.

Femida.az

Açar sözlər: #Qarabağ   #Çempionlar-Liqası  

Oxunub: 706