Məktəbdə pul yığanlar cəzalandırılacaq - Nazirlikdən xəbərdarlıq
18:34 02 Oktyabr 2015
Azərbaycan Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar yenidən təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.
Femida.az xəbər verir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, "Müəllimlər günü"nün yaxınlaşması müxtəlif məktəblərdə bu məqsədlə pul yığılması barədə edilən söhbətləri yenidən gündəmə gətirir.
C.Valehovun sözlərinə görə, belə hallarla rastlaşan şəxslər TN-nin “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər: "Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər".
C.Valehov belə halların ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirdiyini söyləyib.
Oxunub: 939
Oxşar xəbərlər
- Məktəbdə meyiti tapıldı - Mühafizəçi işləyirmiş
- Məktəbdən sənəd ala bilməyənlər üçün imtahan keçirildi
- Məktəbdə şagird bıçaqlanıb - Göygöldə
- Məktəbdən oğurluq edən tutuldu
- Məktəbdə 1-ci sinif şagirdi döyüldü – Qadınlar əlbəyaxa oldu
- Məktəbdən monitor oğurlandı
- Məktəbdəki yanğının səbəbi hələ də bilinmir
- Məktəbdəki yanğınla bağlı rəsmi - Açıqlama
- Məktəbdən oğurluq edən qardaşlar tutuldu – Foto
- Məktəbdə insident: 5 ölü, 2 yaralı