Sabiq icra başçısı dələduzluqda ittiham edilir
18:22 18 İyul 2018
Bakı Ağır Cinayətlər məhkəməsində Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovun məhkəmə iclası davam etdirilib.
Femida.az Bizimyol.info-ya isinadən xəbər verir ki, cinayət işi hakim Mirzə Xankişiyevin sədrlik etdiyi kollegiya tərəfndən araşdırılır. Prosesdə təqsirləndirilən M.Səfərovun vəkili təqsirləndirilən şəxslərin ifadələri arasında ziddiyətlər olduğunu deyərək, cinayət işi üzrə məhkəmə istintaqının yenilənməsi barədə vəsatət qaldırıb.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.
Qeyd edək ki, prokuror çıxışında M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilən qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə zalında həbs edilməsini istəyib. Həmçinin o, R.Bayramovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.
Hər iki şəxs dələduzluqda ittiham edilir. İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.F.Mənsura 60 min manat ziyan vurulduğu bildirilir. Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.
O, 1992-ci ildə Ağcabədi Rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Femida.az
Oxunub: 467
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib