Rasim Balayevin yubileyi keçiriləcək


18:12     23 İyul 2018 2018/07/37596209_2197968536885883_8520950721372225536_n_1532341011.jpg


İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında xalq artisti, görkəmli aktyor Rasim Balayevin 70 illik yubiley tədbiri keçiriləcək.


Kitabxanadan Femida.az-a verilən məlumata görə, “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı tədbirdə mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Yubiley mərasimində görkəmli aktyorun uğurlu səhnə fəaliyyətindən, filmlərdə yaratdığı yaddaqalan obrazlardan söhbət açılacaq.

Bundan başqa AMEA Mərkəzi Elmi Kitabxanası və “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Rasim Balayevin 70 illiyi ilə bağlı azərbaycandilli vikipediyada olan məqaləsi dörd dilə çevrilib.

Rasim Balayev haqqında AMEA MEK Sərbəst elektron resurslar şöbəsinin nəzdində yaradılmış Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən ərəb, fars, gürcü, türk dilli vikipediyalarda məqalələr yaradılıb. Məqalələr gürcü dilli vikipediyada araşdırmaçı Mehman İbrahimov, ərəb dilli və fars dilli vikipediyada tərcüməçi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin eksperti Ələddin Məlikov tərəfindən yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 944