Lotu Qulinin adamları belə həbs olundu
20:04 27 İyul 2018
Ukrayna Milli Polis əməkdaşları Odessada özünü "qanuni oğru" Nadir Salifovun adamları kimi təqdim edən etnik cinayətkar qrupu zərərsizləşdiriblər.
Femida.az unikal.org-a istinadən xəbər verir ki, Sadiq Mirzəyevin başçılıq etdiyi etnik cinayətkar dəstə saxlanılıb.
Ukrayna Milli Polisinin generalı Dmitri Qolovin bildirib ki, bu Loti Qulinin adamları kimi özlərini təqdim edən dəstə üzvlərinin ilk cinayəti deyil. Qrup üzvlərini növbəti qanun pozuntusundan sonra saxlamaq mümkün olub. Belə ki, cinayətkar qrupun üzvləri avtomobil qəzasına düşüb. Onlar yol-nəqliyyat hadisəsində iştirak edən Odessa şəhər ictimai təşkilatlardan birinin əməkdaşı olan şəxsi döyüblər. "Duma" nəşrinin məlumatına görə, istintaq-əməliyyat qrupu hadisənin günahkarlarını zərərsizləşdirərərk saxlayıblar. Onların üzərindən qeydiyyatdan keçməyən tapança aşkarlanıb və ekspertizaya göndərilib. Saxlanılan şəxslər əvvəllər rekertlik etməyə və başqa cinayətlərə görə axtarışda olublar.
Femida.az
Oxunub: 837
Oxşar xəbərlər
- Bakıda gecə klubunda QƏTL: “Lotu Quli”nin yaxını qız üstündə adam öldürdü - TƏFƏRRÜAT
- Bakı sakini "Lotu Quli"yə görə bıçaqlanıb
- "Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - FOTO
- “Lotu Quli” İstanbulda dəfn ediləcək
- "Lotu Quli" Türkiyədə qətlə yetirilib
- Ukraynada “Lotu Quli”nin adamları həbs olunub
- Bakıda "Lotu Quli"nin yaxın adamı tutulub - FOTO
- “Lotu Quli”ni öldürmək istəyənlər saxlanılıb - YENİLƏNDİ
- Şəhid pilotun oğlu atasının məzarı üstündə - FOTOLAR
- NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir? -