Şabran sakini tutuldu - Həyətində çətənə kolları becərirdi


23:54     28 İyul 2018 hebs5.jpg

Şabran sakini həyətində becərdiyi çətənə kollarını istifadə edə bilməyib.

Femida.az-ın "Report"a istinadən verdiyi məlumata görə, iyulun 28-də Şabran RPŞ-ə daxil olmuş məlumata əsasən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Ş.Sətiyevaya məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Evə baxış zamanı həyətdə dibçəklərdə hündürlüyü 15-20 sm olan 5 ədəd çətənə kolu aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 405