“Qarabağ”ın oyununa 15 min bilet satıldı


17:40     31 İyul 2018 18_07_31_1533030043.jpg

Sabah Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” - “Kukesi” (Albaniya) qarşılaşacaq.


Femida.az xəbər verir ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna artıq 15 min bilet satılıb. Qiymətlər sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletin dəyəri isə 50 manatdır.

Qeyd edək ki, biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Açar sözlər:

Oxunub: 393