Nazirliyə 9 mindən çox müraciət daxil olub


23:00     01 Avqust 2018 1362123035_tehsil-nazirliyi.jpg

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən Femida.az-a bildiriblər ki, iyul ayı ərzində həmin mərkəzlərə ümumilikdə 9 min 329 müraciət daxil olub. Telefon Məlumat Mərkəzində 4 min 350 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 min 979 vətəndaşa xidmət göstərilib.

Hər iki mərkəzə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1014 sənəd (620 ərizə, 373 məktub, 21 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu ilə bağlı məsələləri əhatə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 596