Sabunçuda altıotaqlı ev yanıb


21:30     02 Avqust 2018 yangin_38673636.jpg

Sabunçu rayonunda güclü yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildiriblər ki, hadisə arakəsmələri taxtadan ibarət ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evdə qeydə alınıb. Nəticədə evin 268 kvadratmetri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 340