Qanunsuz ov edənlər 23 min manata yaxın cərimələndi


16:41     07 Avqust 2018 18_08_07_1533631433.jpg

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, 2018-ci ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 354