Qəbiristanlıqda narkotik yetişdirən şəxs saxlanılıb
14:21 18 Avqust 2018
Quba rayonunda qəbiristanlıqda çətənə yetişdirən şəxs saxlanılıb.
Femida.az -ın DİN-ə istinadən verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Rövşən Axundov saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı sağ cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana, həmçinin R.Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş hündürlüyü 90-168 sm olan 6 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülüb. Rövşən Axundov çətənə kollarını özü əkdiyini etiraf edib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
Oxunub: 338
Oxşar xəbərlər
- Qəbiristanlıqda quldurluq edən şəxs saxlanıldı
- Qəbiristanlıqdan güldan oğurlayan şəxslər tutuldu
- Qəbiristanlıqda meyiti tapılan qadının kimliyi məlum oldu -VİDEO
- Qəbiristanlıqda naməlum qadın meyiti tapılıb – Video
- Qəbiristanlıqda bibisini öldürən şəxsə 19 il cəza verildi
- Qəbiristanlıqda bibisini öldürən şəxsə ağır cəza istəndi
- Qəbiristanlıqdan 700 manatlıq dəmir çərçivələr oğurlanıb
- Qəbiristanlıqda faciəli ÖLÜM
- Qəbiristanlıqda namus üstündə qətl törədilib
- Qəbiristanlıqda üç günlük körpə tapıldı - Bakıda