Sabirabadda maşın piyadanı vurdu


23:36     18 Avqust 2018 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Femida.az-ın
"Report"-a istinadən verdiyi xəbərə görə, rayonun Azadakənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub.

Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 308