Bakı metrosunda növbəti intihar cəhdi - Stansiyalarda hərəkət dayandı


16:12     21 Avqust 2018 18_08_21_1534840605.jpg

Metronun “Elmlər Akademiyası” stansiyasında qatar platformada dayanıb və hərəkət etməyib. İşıqlar sönüb və qatar bir neçə dəqiqə hərəkətsiz qaldıqdan sonra içəridə olan sərnişinlər boşaldılıb.

Məsələ ilə əlaqədar Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bir neçə dəqiqə əvvəl metronun “Nizami” stansiyasında bir nəfər özünü qatarın altına atıb. Nəticədə stansiyada elektrin enerjisinin verilişi dayandırılıb.

Həmin istiqamətdə qatarların hərəkəti dayanıb. Bu səbəbdən də, “Elmlər Akademiyası” stansiyasında qatar hərəkət etməyib.

Özünü qatarın altına atan şəxsin kimliyi məlum olub. Həmin şəxs Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Tərlan Yusifovdur. O, özünü qatarın altına atarkən içkili olub. Tərlan Yusifov xəsarət almayıb. Onu təcili yardım həkimləri xəstəxanaya aparıblar.

Femida.az

Açar sözlər: metro  

Oxunub: 283