Poroşenko ukraynalılardan üzr istədi


17:50     23 Avqust 2018 porosenko.jpg

Donbasda hərbi əməliyyatı bir neçə saata sona çatdırılmasına dair verdiyi vədə görə Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalılardan üzr istəyib.

Poroşenko bu sözləri "dörd il əvvəl" söylədiyini xatırladıb.

"Bu sözlərin hansı kontekstdə səsləndirildiyi artıq elə də əhəmiyyətli deyil. Bu bəyanatın bədiiliyi də əhəmiyyət kəsb etmir. İnsanlar bu sözləri müharibəni qısa zamanda bitirmək imkanı kimi dəyərləndirdilər.

Çox böyük gözləntilərə əsas verdiyim üçün üzgünəm. Həyata keçməyən ümidləri doğurduğum üçün səmimi qəlbdən üzr istəyirəm", - Ukrayna lideri deyib.

O əlavə edib ki, sözügedən hadisə onun üçün "sözlərinə və vədlərinə ciddi yanaşma baxımından böyük dərsdir".

Femida.az

Açar sözlər:

Oxunub: 205