3 gündə 72 qanunsuz miqrant saxlanılıb - VİDEO


15:19     31 Avqust 2018 2018/08/migra-3071396908_1535704602.jpg

Son üç gündə Dövlət Miqrasiya Xidməti(DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 72 əcnəbi saxlanılıb.



Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, onlardan 68 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları-səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.



Femida.az

Açar sözlər:

Oxunub: 245