Vergi ödəyicilərinin işi asanlaşdırılacaq


01:49     07 Sentyabr 2018 vergiler%20nazirliyi.jpg

E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Bu barədə Femida.az-a Vergilər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır.

Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq və təhlil işləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 161