Rusiyadan Ankaraya maraqlı təklif: 300 minlik təlim...


00:24     10 Sentyabr 2018 2018/09/46DB369B-A0C5-42C9-ADC0-55E8FF222F35_1536515081.jpeg

Rusiyanın Çinlə birlikdə Sibirdə həyata keçirəcəyi təlimlərə Türkiyə də dəvət olunub.

Femida.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar danışıb.

"Qarşıdakı günlərdə "Vostok-2018" təlimləri keçiriləcək. Türkiyəni də dəvət ediblər. Dəyərləndiririk. Təlimlər şərq bölgəsində keçiriləcək".

Qeyd edək ki, 11-18 sentyabr tarixlərində baş tutacaq təlimlərdə 297 min əsgər, mindən artıq təyyarə, helikopter və pilotsuz uçuş aparatları, təxminən 36 min tank və zirehli maşınla yanaşı 80 gəmi iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 275