Oğurluq edən iranlılara hökm oxundu


01:15     08 Oktyabr 2015 e314f595-c765-47f6-8763-e7e4f8c0efe5.jpg

Şirvan Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən İran İslam respublikasının vətəndaşları – Rəhman Bəxtiyanfər və Moslem Bəxtiyanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, təqsirləndirilən şəxslər Lənkəranm şəhəri ərazisində bir neçə oğurluq hadisəsi törətməkdə təqsirli biliniblər.

Təqsirləndirilən 177.2.1 və 177.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar oğurluq törətmək) maddələri ilə ittiham ediliblər. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində olan hökmün dəyişdirilməsini istəyiblər. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.

Açar sözlər:

Oxunub: 937