Ər arvadını bıçaqladı - Göygöldə


01:36     08 Oktyabr 2015 dfdfgdsgsdgg4.jpg

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.


Femida.az xəbər verir ki, Göygöl rayon sakini, 1978-ci il təvəllüdlü Mehriban Hacıyeva evindən bıçaqlanıb.

Mehriban Hacıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, Mehriban Hacıyeva həyat yoldaşı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 826