Marafon qaçışında yeni dünya rekordu


15:25     16 Sentyabr 2018 2018/09/9D9324B0-725C-4C75-A293-89FD7C8C276D_1537097210.jpeg

2016-cı ilin Olimpiya çempionu, keniyalı Eliud Kipçoqe Berlin marafonunun qalibi olub.

Femida.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu barədə RT məlumat yayıb.

Xəbərdə bildirilir ki, o, marafon qaçışında yeni dünya rekordu müəyyənləşdirib. İdmançı 42194 metr məsafəni 2 saat 1 dəqiqə 39 saniyəyə qət edib. Eliud Kipçoqe bu nailiyyətlə Denis Kipruto Kimmetonu 1 dəqiqə 18 saniyə üstələyib.

Qeyd edək ki, Kimmeto bu rekorda 2016-cı ilə imza atıb. Həmin göstərici də həmçinin Berlin marafonunda əldə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1992