FHN evdən meyit tapdı


13:54     21 Sentyabr 2018 meyit.PNG

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1960-cı il təvəllüdlü Strotryeviç Konstantin Ladmiroviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşı hərəkətsiz vəziyyətdə aşkar ediblər. İlkin müayinə zamanı K.Strotryeviçin vəfat etdiyi müəyyən olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1533