Gəmi sürmək üçün sürücülük vəsiqəsi veriləcək - Baş nazir təsdiqlədi
09:16 25 Sentyabr 2018
Baş nazir Novruz Məmmədov “Kiçikhəcmli gəmiləri idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi Qaydası”nın təsdiq edib.
Femida.az xəbər verir ki, qaydalara görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti gəmilərdən təhlükəsiz istifadə olunmasının təmin edilməsi və onların idarə olunması vərdişlərinin öyrədilməsi üçün bu Qaydanın 6.3-cü bəndində göstərilən hər bir gəmi tipinin xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq tədris proqramı hazırlayır, gəmi sürücülərinin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədi ilə imtahanlar keçirir və keçirdiyi imtahanların nəticələrinə əsasən gəmi sürücülərinə gəmiləri idarə etmək üçün sürücülük vəsiqələri verir.
İmtahan komissiyasının tərkibi 3 (üç) nəfərdən az olmamaq şərtilə formalaşdırılır və hər təqvim ili yanvarın 10-dan gec olmayaraq, Xidmətin rəisi tərəfindən təsdiq edilir.
İmtahan biletləri tədris proqramı əsasında 10 (on) test sualından ibarət hazırlanır və Xidmətin rəisi tərəfindən təsdiq edilir.
Sürücülük vəsiqəsini almaq üçün imtahanlara səhhətinə görə həmin gəmiləri idarə etmək üçün yararlı hesab edilən və tədris proqramı üzrə xüsusi nəzəri və təcrübi hazırlığa malik olan 18 (on səkkiz) yaşına çatmış şəxslər buraxılırlar.
İmtahanlar komissiya üzvləri tərəfindən tədris proqramı əsasında keçirilir.
Nəzəri imtahanın nəticələri “məqbul” və “qeyri-məqbul” qiymətləndirilir. İmtahan biletinin 10 test sualından ən azı 9-nu düzgün cavablandıran “məqbul”, 8 və daha azını düzgün cavablandıran isə “qeyri-məqbul” qiyməti alır.
İmtahanlardan “məqbul” alan gəmi sürücüsünə 10 (on) gün müddətində sürücülük vəsiqəsi verilir.
Sürücülük vəsiqəsi 5 (beş) il müddətinə verilir.
6.3. Sürücülük vəsiqəsində aşağıdakı gəmi tipləri qeyd edilir:
6.3.1. stasionar mühərrikli qayıq;
6.3.2. asma mühərrikli qayıq;
6.3.3. yelkənli qayıq;
6.3.4. yelkənli mühərrikli qayıq;
6.3.5. hidrosikl.
Oxunub: 684
Oxşar xəbərlər
- Gəmiçiliyin inkişafı haqqında hesabat hazırlanıb
- Gəmi partlayışında yaralıları xilas edən dənizçilər mükafatlandırılıb
- Gəmilərin limanlara giriş-çıxışı məhdudlaşdırıldı
- Gəmi partlayışında yanan şəxslərdən biri ölüb
- Gəmidə xəsarət alan 15 nəfərin adları məlum oldu - SİYAHI
- Gəmi ilə gətirilən mallar saxlanıldı - Fotolar
- Gəmiçiliyin 160 illik yubileyi qeyd edilib
- Gəmidə zəhərlənənlərin kimliyi məlum oldu - ADLARI
- Gəmidən oğurluq edənlər tutuldu
- Gəmiçiliklə məşğul olanların nəzərinə! - Yoxlama aparılacaq