Millimiz ABŞ-a uduzdu


15:33     29 Sentyabr 2018 18_09_29_1538212669.jpg

Yaponiyada qadın voleybolu üzrə dünya çempionatına start verilib.


Femida.az xəbər verir ki, millimiz C qrupunun ilk görüşündə güclü ABŞ yığması ilə qarşılaşıb.

Aparıcı voleybolçumuz Natalya Məmmədovanın oynamadığı görüşdə yığmamız 0:3 (27:29, 21:25, 21:25) hesabı ilə uduzub.

Qrupumuzun digər görüşündə Rusiya millisi də Trinidad və Tobaqo yığmasına eyni hesabla qalib gəlib – 3:0.

Qeyd edək ki, yığmamız sabah Cənubi Koreya ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.

Femida.az

Açar sözlər: #voleybol   #yaponiya   #milli  

Oxunub: 1022