Taliblər voleybolçu qızın başını kəsdilər
16:24 22 Oktyabr 2021
Taliban Əfqanıstanın qadın voleybolçulardan ibarət gənclər komandasının üzvü Məhəcəbid Həkimini edam edib. Femida.az xəbər verir ki, bu barədə “The Tribune India” komandanın məşqçisinə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, voleybolçu qız oktyabr ayının əvvəlində başı kəsilərək edam edilib. Lakin bu məlumatlar gizli saxlanılıb. İdmançının yaxınları da həyatlarına təhlükə olduğundan hadisə haqqında açıqlama verməyə cəsarət etməyiblər. Ancaq bir neçə gün əvvəl sosial mediada bir qızın, kəsilmiş qanlı başını əks etdirən fotoşəkillər yayılmağa başladı. Ehtimal edilir ki, bu millinin üzvü Həkimi olub.
Qeyd edək ki, Məhəcəbid Əfqanıstanda hakimiyyət dəyişikliyinə qədər Kabil voleybol klubunda çıxış edib. Onun komandanın aparıcı oyunçularından biri olduğu vurğulanır.
Xatırladaq ki, oktyabrın 15-də Beynəlxalq Futbol Federasiyası (FİFA) Əfqanıstandan 100 nəfəri təxliyə edib. FİFA Qətər rəhbərliyinə bu işdə göstərdiyi köməyə görə təşəkkür edib.
Sentyabrda isə Talibanın əfqanların idmanla məşğul olmasını qadağan etmək niyyətində olduğu açıqlanmışdı. Lakin hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.
Oxunub: 535
Oxşar xəbərlər
- “Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub
- “Taliban” qadınlarla bağlı yeni qadağalar qoyub
- "Taliban" gələn ilə qədər qızlar üçün məktəbləri açmağı planlaşdırır
- Səksən nəfər "İŞİD" yaraqlısı Talibana təslim olub
- Əfqanıstanda "Taliban" hökuməti dövründə 260-a yaxın media orqanı bağlanıb
- “Taliban” İŞİD-in 65 üzvünü əfv edib
- KİV: Pakistan İŞİD-lə mübarizədə "Taliban"a yardım edir
- "Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub
- "Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
- Putin "Taliban"la bağlı çağırış etdi