Çindən 5 ölkəyə xəbərdarlıq


09:12     13 Oktyabr 2018 2018/10/65862C80-C3BF-4066-8DAE-F77DC2574771_1539406410.jpeg

Çin Xarici İşlər Nazirliyi ABŞ, Avstraliya, Yeni Zelandiya, İngiltərə və Kanadaya xəbərdarlıq edib.

Çinə qarşı kəşfiyyat əməkdaşlığı qurduğu iddia edilən bu ölkələrdən “soyuq savaş” düşüncəsindən əl çəkmələri istənilib:

“Bütün tərəflərin artıq dəbi keçmiş olan “soyuq savaş” zehniyyətindən əl çəkmələrini və qalibi olmayan oyunları tərk etmələrini ümid edirik”.

Çin XİN-in sözçüsü Lu Kanq həmin ölkələrə tərəfsiz, düzgün, məntiqli baxış tərzinə əsaslanaraq qarşılıqlı etibarı möhkəmləndirməyə çalışmalarını, sülh və sabitliyə dəstək vermələrini məsləhət görüb.

Femida.az

Açar sözlər:

Oxunub: 492