Tovuzda ağır qəza: yaralılar var


12:04     14 Oktyabr 2018 publika.az1397292007qeza.jpg

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az report-a istinadən bildirir ki, hadisə rayonun İbrahimhacılı kəndi ərazisində yerləşən yeməkxanaların birinin qarşısında qeydə alınıb.

Avtoqəza nəticəsində rayon sakinləri - Rövşən Məmmədov və onun qohumu, 1996-cı il təvəllüdlü Nizaməddin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 416