Ağsu sakinindən marixuana götürüldü


11:19     15 Oktyabr 2018 baki-sakininden-kulli-miqdarda-marixuana-goturuldu-620x400.jpg

Ağsu Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.


DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş 58 yaşlı Xalid Bəkirzadə saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 0,036 qram , yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana və 1 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb. Maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 962