Qaçırılan qız ailəsinə qayıtmaqdan imtina edib


19:55     19 Oktyabr 2018 18_10_19_1539957698.jpg

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində qaçırılan 17 yaşlı azərbaycanlı qız ailəsinə qayıtmaqdan imtina edib.

Femida.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeniyetmə qız psixoloq, vəkil və ombudsman aparatının nümayəndəsinin iştirakı ilə sorğu-sual olunub. Qız onu qaçırdan şəxsin həmkəndlisi olduğunu qeyd edərək onunla öz istəyi ilə getdiyini bildirib.

Yeniyetmənin sözlərinə görə, valideynləri onun həmin şəxslə ailə həyatı qurmağına qarşı olub. Qız qaçırılmağına razı olduğuna görə valideynlərindən psixoloji və fiziki təzyiqə məruz qala biləcəyini deyib. Buna görə də o, polis tərəfindən xüsusi sığınacağa yerləşdirilib.

Qeyd edək ki, 17 yaşlı H.M. adlı qız oktyabrın 12-də Ləmbəli kəndində yaşadığı evdən qaçırılıb. Polis yeniyetməni oktyabrın 18-də Marneuli rayonunun Candar kəndində aşkar edib.

Açar sözlər:

Oxunub: 779