Hacıqabulda dəmir yolu talan edildi - RƏSMİ


10:45     01 Noyabr 2018 demiryolu.jpg

Polis əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, oktyabrın 31-də Hacıqabul dəmir yolu stansiyası ərazisindən 9 ədəd rels altlığı, 12 ədəd bərkidici, 298 ədəd bərkidici detal, 8 ədəd bağlayıcı detal və 1 ədəd birləşdiricini oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Şirvan şəhər sakinləri Orxan Eminov və Qədim Sahibov olduqları müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 320