Cəlilabadda 33 yaşlı kişi bıçaqlanıb


20:35     01 Noyabr 2018 bicaq.jpg

Cəlilabad rayonunda 33 yaşlı kişi bıçaqlanıb.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə rayonun Muğan kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Elnur Rasim oğlu Dövlətov tanıdığı şəxs tərəfindən sol qol və sinə nahiyələrindən bıçaqlanıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 411