“ASAN xidmət”ə 25 milyonuncu müraciət oldu
14:43 05 Noyabr 2018
“ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.
Femida.az xəbər verir ki, bu müraciət 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva tərəfindən edilib. O, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.
25 milyonuncu müraciətin sahibi kimi Bənövşə Rzayeva Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Hazırda 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Femida.az
Oxunub: 563
Oxşar xəbərlər
- “ASAN xidmət” mərkəzlərində iş başladı
- “ASAN xidmət”in fəaliyyəti BMT-nin qlobal nəşrində
- “ASAN İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib
- “ASAN Xidmət”ə yeni səlahiyyət verilib
- “ASAN xidmət”ə 5,7 milyon müraciət daxil olub
- “ASAN xidmət”in bu əməkdaşları təltif olundu
- “ASAN xidmət” vətəndaşlara müraciət edib
- “ASAN xidmət” və "ASAN Kommunal" noyabrın 9-u işləməyəcək
- “ASAN xidmət”in 36 əməkdaşı könüllü ordu sıralarına qoşuldu
- “ASAN müraciət” informasiya sistemi yaradılır