Qonşusunu öldürən çobana 17 il cəza verildi


20:55     06 Noyabr 2018 coban2.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Binyətov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, Şamaxı rayonunun Acıdərə yaşayış massivindəki fermada çobanlıqla məşğul olan, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov ov tüfəngi ilə həmin fermada qonşusu olan digər çoban, rayonun Quşçu kənd sakini, 1980-ci il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyevi qətlə yetirib.

Femida.az

Açar sözlər:

Oxunub: 399