İstanbulda 103 hərbçi həbs olunub

İstanbulda 103 hərbçi həbs olunub


15:12     09 Noyabr 2018 2018/11/410767734_1541752413.jpg

Türkiyədə FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə mübarizə çərçivəsində İstanbulda 103 hərbçi həbs olunub. Bu barədə Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var. İstintaq zamanı məlum olub ki, saxlanılan şəxslərin FETÖ ilə əlaqələri olub.

Daha əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirmişdi ki, FETÖ ilə mübarizə çərçivəsində 15153 nəfər Türkiyə Silahlı Qüvvələri sıralarından xaric olunub.

Açar sözlər:

Oxunub: 142